Parlamentdə dəm qazı həyəcanı
Millət vəkilləri son günlər dəm qazından ölüm faktlarına diqqət çəkib.
Azərbaycanda dəm qazından zəhərlənmə məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.
Deputat Elmira Axundova "Azəriqaz" İstehsalat Birliyini məsələ ilə bağlı tədbirlər görməyə çağırıb. O qeyd edib ki, "Azəriqaz" İB qaz xətləri yeni qurulan zaman evlərdə sayğaclarla yanaşı, dəm qazını hiss edən avtomatik qurğu yerləşdirsin: “Abonentlərin evində bu qurğular məcburi quraşdırılsın. Yoxsa yeni-yeni dəhşətli ölümlərin şahidi olacağıq”.
E.Axundovanın təklifinə vitse-spiker Valeh Ələsgərov münasibət bildirib: “Dədə-babadan evlərdə odun, kömür yandıranda mütləq baca olmalı idi. Ona görə ki, zəhərli maddələr evdən çıxsın. Zəhərlənma halları ona görə baş verir ki, yaşayış evlərində belə bacalar yoxdur. Əgər kimsə cihaz qoymaq istəyirsə, özü alsın qoysun, "Azəriqaz" İB bunu etməli deyil. Birinci növbədə, əhali evində nəzarət etsin ki, qaz yanan zaman əmələ gələn maddələər evdən çıxır, ya yox?”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...