Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb
“Ali təhsil müəssisəsinə 22 mindən çox abituriyent ərizə verib ki, onlardan 403 nəfəri artıq öz ərizəsini təsdiqləyib”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, magistraturaya sənəd verən 10 650 nəfər, rezidenturaya isə 949 nəfər öz ərizəsini təsdiqləyib. Statistik göstəriciləri analiz etdikdə belə qənaətə gəldik ki, hələ də ərizə verib təsdiqləməyən insanlar kifayət qədərdir. Məndə olan ilkin məlumata görə, magistraturaya 2 111, rezidentura üzrə isə 900 nəfər şəxs öz ərizəsini təsdiqləməyib. Ona görə də qərara gəlinib ki, hər iki təhsil səviyyəsi üzrə sənəd qəbulunun vaxtı martın 28-i gecə saat 00.00-a qədər uzadılıb”.
M. Abbaszadə əlavə edib ki, bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkündür: “Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra SQK-ları 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Amma elektron qaydada sənəd qəbulu mümkündür”.
DİM sədri qeyd edib ki, Təhsil Nazirliyi ilə müsabiqə şərtlərini dəqiqləşdirdikdən sonra “Abituriyent” jurnalı işıq üzü görəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...