XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 3 saylı şəhər klinik xəstəxanasında hərbi çağırışçıdan pul alınır

3 saylı şəhər klinik xəstəxanasında hərbi çağırışçıdan pul alınır

3 saylı şəhər klinik xəstəxanasında hərbi çağırışçıdan pul alınır
17-03-2017, 11:01

Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanada hərbi xidmətə getmək üçün həkim müayinəsindən keçən çağırışçılardan pul alınır.
Daxil olan məlumata görə, vətəni qorumaq üçün əsgər gedən gənnclərdən müayinələrdən keçmək üçün aşkar şəkildə pul istəyən həkimlər utanmadan bu biabırçılığa imza atırlar.
Müayinələrdə alınan məbləğlərin qiymətini təqdim edirik:
Qan analizi – 5 manat
Ürəyin kardioqramması – 5 manat
Sidik analizi – 3 manat
Baş beyinin tomaqrafiyası – 20 manat
Daha dəhşətli məqam isə pulu olmayan çağırışçıların utandırılmasıdır. Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, ürəyin kardioqramması bölməsində “həkim”lərdən biri (Çağırışçı həkimi göstərə bilər) pul verməyən çağırışçıla “pulum yoxdusa sən vətəni necə qoruyacaqsan?” kimi utandırcı fikirlər səsləndirir.
Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxananın baş həkimi Fikrət Zeynalov isə heç narahat deyil. Sabahın vətən qoruyucularını belə bir biabırçı hala salmaq nə deməkdir? Baş həkim nədən bu kimi hallara göz yumur? O pullardan onadamı çatır?
Azərbaycanda hər an müharibə ola və məhz bu çağırışçılar müharibədə qələbə çala və ya şəhid ola bilərlər. Daha doğrusu bu insanlar otaqlarda mini qubkalı, pudra-pamadalı dilənçi həkimlərdən fərqli olaraq ölümə gedirlər. Baş həkim isə bunları anlamaq istəmir. Bunun nə olduğunu bilməyən fikrət zeynalovların nəzarətindəki həkimlər də belə olmalıdır.
Məlumat üçün bildirık ki, Sabunçu rayonundakı 3 saylı şəhər klinik xəstəxanası ölkə sakinləri arasında “Ölüm OTAĞI” adlandırılır. Bu səxtəxanaya öz ayağı ilə gələn admların əksəriyyəti ölür. Xəstəxananın ürək bölməsi isə gündə 10 meyit yola salır.
3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Fikrət Zeynalov general-mayor Ramiz Zeynalovun qardaşıdır.
P.S.
Daha bir maraqlı məqm isə xəstəxananın Əsəb şöbəsinin müdiri Fərrux Rəhimovun insanlarla kobud rəftarıdır. Çağırışçı bildirir ki, Fərrux Rəhimov insanları qorxudaraq özünü gözə soxur. Xəstələrlə maraqlanmayan, dərmanlarını belə pulla satan şöbə müdirinin özünün psixologiyası yerində deyil.
Xəstəxanadan hazırlanan geniş reportajı, vidio-fotoları yaxın günlərdə təqdim edəcəyik. Bu da qoy Fikrət Zeynalova Bizimxeber.az-dan Novruz hədiyyəsi olsun!

Bizimxeber

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.