XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıb

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıb

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinə 500 min manat ayırıb
4-04-2019, 17:29

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.