Beynəlxalq Qızıl Xaç Komitəsi ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov həssas qruplardan olan vətəndaşların qayğı ilə əhatə olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb.
Nazir müavini bu sahədə ölkəmizdə aparılan işləri, sosial həssas qruplar və əlilliyi olan şəxslərin pensiya və müavinətlərinin, təqaüdlərinin artırılması, onların reabilitasiyası, əmək bazarına inteqrasiyası istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
A.Kərimov BQXK-nin humanitar məqsədli proqramlarının, itkin düşmüş şəxslərin ailələri, cəbhəyanı ərazilərlə bağlı sosial layihələrinin əhəmiyyətindən söz açıb. O, nazirliyin Komitə ilə əməkdaşlığının genişləndirilməsinin önəmini qeyd edib.
Xanım E.A.Sessera Komitənin son illərdə həyata keçirdiyi layihələrdən və gələcək hədəflərindən bəhs edib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ötən dövrdə həyata keçirilən əməkdaşlıq təcrübəsinin uğurlu olduğunu bildirib. O, həmçinin, nazirliyin həyata keçirdiyi özünəməşğulluq proqramına təlimlərin keçiriməsində və peşə hazırlığı tədbirlərinə dəstək olmaqda hazır olduğunu bildirib.
Görüşdə BQXK-nin humanitar fəaliyyəti, cəbhəyanı ərazilərdə yaşayan əhaliyə dəstək, mina partlayışı qurbanları və mina partlayışından zərər çəkmiş şəxslərə yardımla bağlı proqramları və s. ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH