SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Texniki Universitetinin əməkdaşları Mehriban Əliyevaya məktub yazdılar

Texniki Universitetinin əməkdaşları Mehriban Əliyevaya məktub yazdılar

Tarix:

2-04-2019, 11:39

/ 1 067 dəfə oxundu.
Texniki Universitetinin əməkdaşları Mehriban Əliyevaya məktub yazdılar

Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasının əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban Əliyevaya çalışdıqları univesitetdə yaranan özbaşnalıqla bağlı müraciət edərək, məktub ünvanlayıblar.

Sözügedən məktubu sizə təqdim edirik:

Hörmətli Mehriban xanım!

Ümummilli Liderimiz H.Əliyev ölkəmizdə təhsilin inkişafına və yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi önəm vermişdir. Bu gün həmin siyasəti Cənab Prezitendimiz Hörmətli İlham Əliyev daha da uğurla və müasir tələblər səviyyəsində davam etdirir.
Sizin obyektiv və Kübar, ziyalı Xanım olmağınızı bilərək, bizim rastlaşdığımız ciddi bir problemlə əlaqədar Sizə müraciət edirik - Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasında vakant müdir vəzifəsinə seçki ilə bağlı kafedranın kollektivinə qarşı haqsızlıq edilmişdir və bu haqsızlıq hələ də davam edir.

Belə ki, kafedrada vakant müdir vəzifəsini tutmaq üçün elana əsasən 3 nəfər elmlər doktorları (onlardan 2-si professor olmaqla) və kənardan 6-7 il pedaqoji staja malik elimlər namizədi L.Ə. Əzizova ərizə vermişlər.

Seçki ilə bağlı təyin olunmuş kafedra iclasından 1 saat əvvəl AzTU-nun rəhbərliyi tərəfindən namizəd olan elmlər doktorlarına təzyiq göstərilmiş və onlardan 2 nəfər iclasda öz ərizələrini geri götürmüşlər. Kollektivin dəstəyi ilə prof. V.Həsənov sənədlərini geri götürməmiş və nəticədə seçkidə 2 nəfər iştirak etmiş, prof. V.Həsənov səs coxluğunu (8 - 4) qazanmışdır.

Kafedra əməkdaşlarının istəyini nəzərə almayan, onlara qərəzli mövqedə olan AzTU-nun rəhbərliyi fakültənin Elmi Şura üzvlərinə də təzyiq göstərmiş və səs coxluğu ilə kafedramiza müdir pedaqoji və elmi təcrübəsi olmayan, plagiat məqalələrlə gündəmə gələn (təqribən 50), oğurlanmış doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşan dos. Əzizova L.Ə. təyin olunmuşdur. Baxmayaraq ki, prof. V.Həsənov 145 elmi məqaləyə, 1 metodiki vəsaitə, 1 monoqrafiyaya, 5 dərs vəsaitinə, 3 dərsliyə, 10 fənn proqramına və 2 ixtiraya malikdir.

Onun müdirliyə heç bir potensialı olmadığından gələn gündən ancaq potensialı olanları kafedradan uzaqlaşdırmaq hədəfini götürüb (dos. Əliyev N.S., dos. Əliyeva G.R., Əhmədov A.İ., Kərimov V.K.-ərizə yazaraq işdən çıxmışlar).

Əzizova L.Ə. kafedraya müdir secildikdən sonra korrupsiyaya bulaşmış dos.M.A. Talıbovla əlaqəyə girərək, diplom işlərini pul müqabilində həll etməyə başlamışdır. Bundan əlavə tələbələrin təcrübə yerləri məlum olmayan (dos.Talibov M.A. müqaviləyə öz telefon nömrəsini (012 5449550) yazmiş, qol cəkmiş, möhür vurmuşdur), saxta özəl müəssisə yazmışdır. Bu isə saglam kafedra əməkdaşlarının haqlı narazılığına səbəb olmuşdur.
Hörmətli prezidentimizin İlham Əliyevin müşavirədə dediyi sözlər "onlar piramida yaratmışdılar” bizim kafedraya da şamil etmək olar.
Kafedramiza bundan əvvəl müdirlik edən dünya şöhrətli alimlər - əməkdar elm xadimi, professor Y.M.Naziyev və Milli Məclisin üzvi, professor A.N.Şahverdiyevdən sonra belə bir "alim”in müdir təyin olunması kafedramiza qarşı hörmətsizlikdir.

Sizin nəzərinizə çatdırırıq ki, 3 ildir ki, bizim universitetə Rektor təyin olunmayıb, rektor əvəzi prof. Yahudov Xalıq müəllim isə vəzifəsini icra edə bilmir.

Yuxarıda qeyd edilən korrupsiya və tələbələrin saxtalaşdirilmış təchübə keçmələri ilə bağlı Xalıq müəllimə təqdimatla müraciət olunmuşdur. Amma, buna baxmayaraq rəhbərlik tərəfindən heç bir tədbir görülməmiş, günahkarlar (Əzizova L.Ə., Talıbov M.A.) cəzalandırılma-mışdırlar.
Kollektivlə işləməyi bacarmayan, yalnız öz iradəsini həyata keçirməyə çalışan L.Əzizova barəsində dəfələrlə rektora şikayətlər edilsədə heç bir nəticə əldə olunmayıb. Artıq yeddi aydır ki, rektor əvəzi Xaliq Yahudov edilən şikayətləri sadəcə yola verməklə məşquldur, bütöv bir kafedra kollektivinin fikirləri heçə sayılır, onların tələblərinə məhəl qoyulmur.

L.Əzizovanın təyinatının ilk günlərində kütləvi narazılıqlar başlamışdır. Kafedranın demək olar ki, bütün müəllimləri və əməkdaşları ayağa qalxaraq bu təyinata etiraz etsələrdə, rektor əvəzi X.Yahudov kafedra əməkdaşlarını qəbul edərək hər şeyin yaxşı olduğuna, onların tələblərinin yerinə yetiriləcəyinə söz verib. Ancaq bu qədər vaxt keçməsinə baxmayaraq heç bir dəyişiklik baş verməyib. X.Yahudov nədənsə kafedra əməkdaşlarının fikirlərinə, tələblərinə məhəl qoymur, hər vəchlə L.Əzizovanı müdafiə edir.

L.Əzizova kafedraya düzgün rəbərlik etmir, öz əməlləri ilə kütləvi narazılıqlar formalaşdırır. O, öz işinin mahiyətini dəqiq bilmir, onun rəhbərliyi kafedranın bütün fəaliyyətini iflic edib. Ümumi işin ziyanına atdığı addımlar, müəllimlərin fikirlərinə məhəl qoyulmaması, yalnız öz bildiyini etmək L.Əzizovanın iş üsuludur. Onun qeyri-adi eksperimentləri isə ancaq ambisiyalarına xidmət etdiyini göstərir.
Bizim tələblərimizə məhəl qoyulmasa yeganə çıxış yolu kimi ərizə yazıb kütləvi surətdə işdən getməyi düşünürük. Çünki, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinin alimlərinin müraciətlərinə, şikayətlərinə məhəl qoyan yoxdur. Bütün bir ziyalı kontingentin fikirləri bir təcrübəsiz şəxsin maraqlarına qurban edilir.

Görəsən o hansı səbəblərdir ki, bütöv bir kafedranın fəaliyyətini iflic etməsinə baxmayaraq, L.Əzizovanı toxunmaz edib? X.Yahudov universitetin əməkdaşlarının tələblərini niyə bir nəfərin maraqlarına qurban edir?

Kafedra əməkdaşları ümid edir ki, Sizin köməyiniz sayəsində kafedrada haqq ədalət bərpa olunacaq və kafedrada sağlam iş şəraiti bərpa olunacaqdır.

Sizə dərin hörmətlə:

Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasının əməkdaşları.

Anews.az

Şərhlər

XƏBƏR LENTİ