Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarlayıb
Hesablama Palatasının apardığı audit nəticəsində Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə aparılmış konsul əməliyyatlarına görə az göstərilmiş 12,3 min manat məbləğində dövlət rüsumu üzrə dəqiqləşdirilmiş hesabat təqdim olunub.
Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə valyuta növündən asılı olaraq ilin sonuna kimi istifadə edilməyən və onların bank hesablarında qalan 42,6 min avro, 214,7 min ABŞ dolları, 27,4 min İsveç frankı məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub.
Təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə 7,6 min avro, 19,4 min ABŞ dolları, müxtəlif debitor hesablaşmalar üzrə 34,2 min avro, 37,6 min ABŞ dolları, məbləğində debitor borc dövlət büdcəsinə bərpa olunub. Eyni zamanda təhtəlhesab şəxslər üzrə 10,1 min avro, 4,9 min ABŞ dolları, 18,1 min İsveç frankı, debitor və kreditor hesablaşmalar üzrə isə 128,9 min avro, 547,6 min ABŞ dolları, 30,8 min funt sterlinq, 6,8 min İsveç frankı məbləğində debitor borclar silinib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH