SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hökumət boşanmalara qarşı hərəkətə keçdi - yeni qanun

Hökumət boşanmalara qarşı hərəkətə keçdi - yeni qanun

Tarix:

29-03-2019, 10:44

/ 1 017 dəfə oxundu.
Hökumət boşanmalara qarşı hərəkətə keçdi - yeni qanun

“Mediasiya haqqında” Qanun ailələrin dağılmasının qarşısını ala biləcəkmi?
Azərbaycanda ailə, əmlak, əmək və iqtisadi münasibətlərlə bağlı yaranmış mübahisələrin həll edilməsi üçün yeni tələbin qoyulması təklif olunur. Bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” Qanunda öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.

Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Trend”ə açıqlamasında bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən effektiv mediasiya mexanizmi boşanma hallarını üçdə bir faiz azalda bilər. Onun sözlərinə görə, mediasiya mexanizmi daha çox psixoloji problemləri olan, məişət zorakılığına məruz qalan aztəminatlı ailələrdə boşanma hallarının azalmasına səbəb ola bilər.

Komitə sədrinin fikrincə, mediasiya boşanmaların etik davranış qaydaları çərçivəsində, uşağa zərər vurmadan həyata keçirilməsinə də imkan verər.

Qeyd edək ki, son illərdə Azərbaycanda boşanmaların sayında kəskin artım müşahidə olunmaqdadır. Statistik məlumatlara görə, 2005-2017-ci illər ərzində məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin sayı təxminən 3 dəfə artıb. Mütəxəssislər də bildirir ki, yeni təklif olunan layihə həqiqətən bu artımın qarşısını ala bilər.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, artıq bu cür sessiya mövcuddur: “3 il bundan əvvəl biz bu cür sessiya yaratmışıq. Təşkilatımızda sığınacaqdaxili də qadınlarımıza bu xidməti göstəririk.

Qeyd edim ki, bu cür layihə çox təqdirəlayiqdir. Avropa, Amerika, eləcə də Rusiyanın özündə bu cür qanun işlədilir. Qanunun vacib tərəflərindən biri də budur ki, insanlar məhkəmə prosesləri ilə münasibətləri gərginləşdirmədən məsələni sülh yolu ilə tənzimləyirlər. Yəni hər şeyə görə məhkəməyə müraciət edilməsin. Mediasiya prosesi elə bir prosesdir ki, yalnız problemin ilk və yaxud orta mərhələsində məsələni sülh yolu ilə həll etmək olur. Lakin elə bir məqamlar olur ki, orada artıq cütlüklərin bir yerdə yaşaması mümkün deyil. Yəni ciddi qərəzlilik, kəskin münasibətlər varsa, artıq neqativ hallar, hətta qətl hadisələri ola bilər. Yalnız bu prosesləri tənzimləyib, faciələrin qarşısını almaq olar. Bunu isə peşəkar mütəxəssislər edə bilər.

Beləliklə, mediasiya sessiyası ilə boşanmaların tam qarşısını almaq mümkün deyil, yalnız azaltmaq olar".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da yeni layihənin tərəfdarı olduğunu bildirib: “Bildiyiniz kimi, son vaxtlar boşanma halları kəskin artır. Bunun üçün də bu məsələ ilə bağlı hər hansı yenilikçi qərarların tərəfdarıyam, dəstəkləyirəm”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ