SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » MAHMUDOV ORTAYA ÇIXMASA… – Evinin qarşısında aksiya olacaq

MAHMUDOV ORTAYA ÇIXMASA… – Evinin qarşısında aksiya olacaq

Tarix:

28-03-2019, 18:14

/ 919 dəfə oxundu.
MAHMUDOV ORTAYA ÇIXMASA… – Evinin qarşısında aksiya olacaq

“Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun evinin önündə etiraz aksiyası keçirə bilərlər.

Bu barədə “AzPolitika.info“ya yanğın zamanı zərərçəkmiş sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, zərərçəkmişlər “Diqlas”ın sahiblərindən biri olan Eldar Mahmudovun oğlu Anar Mahmudovun nə özünün, nə də Ticarət Mərkəzinə icarə haqqını yığan adamlarının onlarla maraqlanmamasından qəzəbləniblər. Buna görə də Eldar Mahmudovun yaşadığı evin qarşısına gedərək, etirazlarını ifadə etmək istəyirlər.

“Bildiyiniz kimi “Diqlas” Ticarət Mərkəzinin iki sahibi olub. Onlardan birinin hərbi prokurorun qardaşı, iş adamı Şahmar Vəliyev, digərinin isə Anar Mahmudov olduğu bildirilir. Şahmar Vəliyevin Ticarət Mərkəzinin idarəçiliyini tapşırdığı şəxslər sahibkarların önünə çıxaraq, müəyyən vədlər versələr də, Anar Mahmudovun adamları ümumiyyətlə ortadan yox olublar. Bu da haqlı olaraq zərərçəkmiş sahibkarları qəzəbləndirib” - deyə “AzPolitika.info”ya məliumat verən mənbə bildirib.
Mənbə “Diqlas”da yanğının baş verməsinə görə əsas məsuliyyətin təhlükəsizlik qaydalarına əməl etməyən Ticarət Mərkəzinin sahibi olan şəxslərin, o cümlədən Anar Mahmudovun üzərində olduğunu bildirdi. Qeyd etdi ki, bununla əlaqədar Anar Mahmudovla bağlı cinayət işinin açılması da istisna deyil.

Yeri gəmişkən qeyd qeyd ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev də bildirib ki, baş verən hadisədə obyekt rəhbərlərinin də məsuliyyəti böyükdür:“Obyekt tikən zaman tikinti norma və qaydalarına tam riayət olunmalı, artıq yüklənməyə icazə verilməməli, nəzarətçilər olmalıdır. Bura insanların kütləvi ticarətlə məşğul olduğu yerdir. Şükürlər olsun ki, kütləvi tələfat olmadı… Mən hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir. Demişəm ki, burada bir hadisə olsa, insanlar salamat çıxsa, böyük şeydir.”

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ