SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “FHN həmişəki kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb” — “Katibələri də aşağısı “Land Crusier”də gəzir”

“FHN həmişəki kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb” — “Katibələri də aşağısı “Land Crusier”də gəzir”

Tarix:

27-03-2019, 01:31

/ 1 124 dəfə oxundu.
“FHN həmişəki kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb” — “Katibələri də aşağısı “Land Crusier”də gəzir”

“Ölkəmizdə dünyanın əksər ölkələrində olmayan bir nazirlik var – Fövqəladə Hallar Nazirliyi. Dövlət büdcəsindən bu nazirliyə on milyonlar ayrılır, o da həmin pulun çox hissəsini ofşor hesablara köçürür, qalanı ilə də “kasıbçılıq” edir”.

Bunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli FHN-in yanğınsöndürmə əməliyyatlarını şərh edərkən deyib.

O, qeyd edib ki, birmərtəbəli Narkoloji Dispanser binasında 25 nəfər insan yanıb külə döndü amma FHN yanğını söndürə bilmədi:

“Dənizdə neftçilər batır, xilas edə bilmir, məlum olur ki, xilasetmə texnikası yoxdur, sağ qalan neftçiləri BP-nin gəmisi platformadan çıxarır.

Şəhərin mərkəzində səhərdən axşamadək yaşayış binası yanır, məlum olur ki, beş mərtəbədən yuxarı qalxan kranları, adi xilasetmə döşəkçələri yoxdur. Nəticədə uşaqlı-böyüklü 15 vətəndaşımız saatlarla imdad diləyə-diləyə tüstüdən boğulub ölür.

Elementar xilasetmə texnikaları yoxdur, ancaq nazirlikdə məsul vəzifəlilərin nəinki özləri, hətta katibələri də aşağısı “Land Crusier”də gəzir”.

G. Hacıbəyli bildirib ki, bu gün də 8-ci kilometr ərazisində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb külə dönüb, orada çalışan insanlara böyük maddi ziyan dəyib amma FHN həmişə olduğu kimi obyekt yanıb külə dönəndən sonra yanğını “söndürüb”:

“Siz, ümumiyyətlə, yanğın bitməmiş FHN-in hansısa yanğını söndürməsi faktını xatırlayırsınız?! O zaman bu nazirlik nəyə lazımdır?! Kimlərinsə qohum-əqrabalarına, katibələrinə lüks həyat yaşatmaq üçünmü, yoxsa ofşorlara rahat pul daşımaq üçünmü?! Belə səriştəsiz, yarıtmaz, korrupsioner idarəetmə ilə ölkəni diz çökdürdülər”.

“Yeni Sabah”

Şərhlər

XƏBƏR LENTİ