“Toplan - sahibsiz itlərə qayğı mərkəzi"nin işçilərinə İTTİHAM - "itləri gecə ilə güllələyiblər"
Mərdəkanda 300-ə yaxın sahibsiz it saxlayan Fərid Mansurov “Toplan - sahibsiz itlərə qayğı mərkəzi" barədə ittihamlar irəli sürüb.
Open.az xəbər verir ki, F. Mansurov mərkəzin işçilərinin itləri öldürdüyünü bildirib.
Onun sözlərinə görə, dünən gecə saat 12:30-da “Toplan - sahibsiz itlərə qayğı mərkəzinin maşını ilə gəlib, 9-cu mikrorayondakı itləri güllələyiblər: "Orda həmin itləri yemləyən qoca qadın güllə səsinə çıxıb görüb ki, itləri qanın içində qoyub qaçıblar. Qadında telefon olmadığına görə şəkllərini çəkə bilməyib. Səhər tezdən “jek”in işçiləri itlərin meyitini götürərək, zibil qutularına atıblar. Ayıq olun dostlar! Bu qayğı mərkəzi deyil. Bu mərkəz gözdən pərdə asmaq üçün açılıb. Həmin qatillərdir, sadəcə maşınları və geyimləri dəyişib”.
"Toplan - sahibsiz itlərə qayği mərkəzi" ilə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, bir müddət bundan öncə Xəzər rayon İcra Hakimiyyətin keçmiş başçısı Gülağa İslamovun iddiası əsasında Mərdəkanda 300-ə yaxın sahibsiz it saxlayan Fərid Mansurovla məhkəmə prosesi baş tutmuşdu.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH