Zakir Fərəcovdan narazı olan sahibkarlar Prezident Administrasiyasına yürüşə hazırlaşır
Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar bu günlərdə Prezident Administrasiyası binasının önünə yürüşə hazırlaşır.
Reyting.az-ın əldə etdiyi məlumata görə, sahibkarların bu aksiyanı təşkil etməkdə məqsədləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun az qala iki ilə yaxındır onları aldatmasına etiraz bildirməkdir.
Məlum olduğu kimi, 2017-ci ilin may ayında “Şərq bazarı”nda 66 sahibkara məxsus ticarət obyektləri söküləndə, Zakir Fərəcov həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyini vəd edib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş daş üstə qoyulmayıb.
Sahibkarlar bu süründürməçiliklə bağlı dəfələrlə icra başçısına müraciət edib. Zakir Fərəcov hər dəfə onlara problemin tezliklə həll ediləcəyini desə də, heç bir nəticəsi olmayıb.
Sahibkarlar başçının bu cür davranışından bir neçə dəfə Prezident Administrasiyasına, Prezident İlham Əliyevin özünə də yardım üçün müraciət ediblər. Lakin bunun da xeyiri olmayıb. Bu səbəbdən 66 sahibkar daha kütləvi aksiya təşkil edib problemlərinin həlli üçün konkret addım atılmasını tələb etmək niyyətindədirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...