Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində Rusiyanın aidiyyəti təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub
“So-edineniye” görmə və eşitmə qabiliyyətləri olmayan şəxslərə dəstək Fondunun (Rusiya Federasiyası) prezidenti Dmitri Polikanov, “DeafSkills” Beynəlxalq Təşkilatın prezidenti, Ümumrusiya Karlar Birliyinin prezidenti Stanislav İvanov, “Yaseneva polyana” mərkəzinin direktoru Lidiya Frolova, “İstok-Audio” şirkətlər qrupunun baş direktoru İvan Klimaçevdən ibarət nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əliliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların reabilitasiya imkanlarının artırılması sahəsində ölkəmizdə aparılan işlər barədə qonaqlara məlumat verib. Nazir müavini bu işlərin görmə və eşitmə qabiliyyətləri olmayan şəxsləri də əhatə etdiyini bildirib. O bu kateqoriyadan olan insanlar üçün həyata keçirilən layihələri diqqətə çatdırıb.
Nümayəndə heyəti tərəfindən “So-edineniye” görmə və eşitmə qabiliyyətləri olmayan şəxslərə dəstək Fondunun fəaliyyəti ilə bağlı məlumatlar verilib. Korrektə yönümlü təhsil ilə məşğul olan işçilər, görmə və eşitmə qabiliyyətləri məhdud olan şəxslərin ailələri üçün test formatında diaqnostik təlimin keçirilməsi, “DeafSkills” beynəlxalq assosiasiyasının imkanları, “Yaseneva Polyana” resurs mərkəzinin hissiyyat pozuntuları olan şəxslərin mərhələli reabilitasiya modeli və s. ilə bağlı təqdimatlar edilib. “İstok-Audio” şirkətlər qrupunun hissiyyat pozuntuları olan şəxslərə yeni texniki vasitələrlə keyfiyyətli dövlət yardım sistemi barədə də məlumat verilib.
Görüşdə gələcəkdə qarşılıqlı təcrübə mübadilələrinə əsaslanan əməkdaşlıq imkanları müzakirə olunub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH