İstirahət günlərində hava necə olacaq?
,İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda martın 2-3-də bu bölgədə havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvanda havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Bakıda yaxın iki gündə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...