SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Tarix:

1-03-2019, 17:34

/ 3 237 dəfə oxundu.
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Bu gün Nərimanovda rayon rəhbərliyi sakinlərlə açıq görüş keçirib.

xalqxeber.az-ın verdiyi xəbərə görə, görüş Atatürk prospekti 37 ünvanında yerləşən binanın həyətində baş tutub. “Açıq mikrofon” şəraitində baş tutan tədbirdə 100-dən çox sakin iştirak edib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, birinci müavini Şahmar İbadov, millət vəkili Adil Əliyev, Rayon Polis İdarəsinin rəisi, polkovnik Vaqif Müslümov, rayon bələdiyyəsinin sədri və digər rəhbər şəxslər sakinlərin minnətdarlıqlarını və müraciətlərini qəbul ediblər.

İcra başçısı A.Fərzəliyev açılış nitqi ilə çıxış edərək bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşların problemlərinin canlı dinlənilməsi üçün belə görüşlər həyata keçirilir: “Bu gün bu məhəllədə görüşməyimizin məqsədi həm qarşıdan gələn Novruz bayramı ilə əlaqadar sizi təbrik etmək, sizə cansağlığı arzulamaq, eyni zamanda sizin qaldıracağınız məsələləri dinləməkdir. Məhəllədə böyük ölçülü şahmat və tennis avadanlıqları quraşdırılıb. Ətrafda sakinlərin və uşaqların istirahəti, vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılıb, idman atraksionları quraşdırılıb. Bu işlər “İdeya” təşkilatının Bakı şəhərində həyata keçirdiyi layihələrin ən gözəl nümunələrindən biridir”.

A.Fərzəliyev onu qeyd edib ki, ölkə rəhbərliyinin tapşırığı ilə Bakının bütün rayonlarında Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil olunur: “Sabah səhər saat 12-də Xoyski prospektində yerləşən Gənclik meydanında bizim yarmarkanın açılışı olacaq. Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə fermerlərin məhsullarının satışı təşkil olunacaq. Bayram günlərinə qədər davam edəcək yarmarkada qiymətlər bazarlardan fərqlənəcək. Vətəndaşlarımızdan xahiş edirik ki, yarmarkanın imkanlarından istifadə etsinlər”.

Daha sonra “Açıq mikrofon” qarşısına keçən sakinlər sosial məsələlərlə bağlı çatışmazlıqları diqqətə çatdırıblar. İcra başçısının yerində tapşırığı ilə rayonun müvafiq qurumlarının rəhbərləri məsələləri diqqətə götürüb və yaxın günlərdə həll ediləcəyi qeyd olunub.

Sakinlər həmçinin “Açıq mikrofon”da çıxış edərək məhəllədə aparılan abadlıq işlərinə görə Leyla Əliyevaya və rayonun rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Şərhlər

XƏBƏR LENTİ