SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda məşhur mağaza təzə adına köhnə telefon satır - İddia

Bakıda məşhur mağaza təzə adına köhnə telefon satır - İddia

Tarix:

25-02-2019, 12:54

/ 2 493 dəfə oxundu.
Bakıda məşhur mağaza təzə adına köhnə telefon satır - İddia

“Kontakt Home” mağazasında müştəriyə təzə adına işlənmiş telefon satılıb.

Bu iddianı bloger Fuad Əliyev Feysbuk hesabında paylaşıb. Bloger qeyd edib ki, onu mağazada aldadıblar:

“6 gün əvvəl Bakıdakı “Kontakt Home” mağazasından "Huavey" şirkətinin istehsalı olan mobil telefonu aldım. 5 gün sonra qulaqcıqla musiqi dinləyəndə səs sanki quyudan çıxırdı, sabahısı gün isə artıq demək olar ki, səs çıxmadı. Məhsulu aldığım mağazaya yaxınlaşdım və problemi dedim. Təxminən 30-40 dəqiqə ərzində yoxlayıb düzəltməyə çalışdılar və düzəlmədiyi üçün servisə aparmağımı istədilər. Servisdə telefonu diaqnostikaya götürən xanım telefonu hərtərəfli yoxlayan zaman ekranda çoxsaylı cızıqlar, konnektorda sürtünmə və ən əsası da telefonun kənarında xırda batıq aşkarladı. Diqqətlə baxanda bilmək olur ki, bu cür batıq ancaq və ancaq hansısa kəsici alət zərblə telefona çırpılanda yarana bilər. Məsələ budur ki, telefon 6 gün ərzində heç xalçaya belə düşməyib ki, zədə alsın. Alanda satıcı oğlan telefonun yapışqanlarını gözümün önündə açdığına görə, telefonun təzə olduğuna əmin idim və korpusunu yoxlamamışdım. Beləliklə, telefonun mən tərəfdən heç bir zədə, xəsarət alma ehtimalının olmadığına əmin olduğum üçün belə qənaətə gəldim ki, “Kontakt Home” çox güman əvvəllər xarab çıxdığı üçün qaytarılan və yenidən düzəldilən və ya yaxın keçmişdə vitrində olub, zədə görən, ya da elə az işlənib qaytarılan telefonu mənə satıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı daim şikayətlər paylaşılır.

Axar.az

Şərhlər

XƏBƏR LENTİ