Gün ərzində Bakıya yağış, rayonlara qar yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO