“ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olan nazir Sahil Babayev canlı efirdə 36 vətəndaş müraciətini cavablandırıb
Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olub. Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin facebook səhifəsində canlı yayımlanıb.
S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi və s. məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi facebook səhifəsi, vatsap və şəhər nömrəsi vasitəsilə veriblər.
Ümumilikdə 67 dəqiqəlik veriliş ərzində 36 suala cavab verilib. Veriliş müddətində vaxt baxımından cavablandırılması mümkün olmayan suallar nazirlik tərəfindən cavablandırılmaq, həmçinin araşdırma tələb edən müraciətlər baxılmaq üçün qeydiyyata alınıb.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO