9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR - FOTOLAR
Bərdədə məktəbli 2000 avro tapa bilmədiyinə görə Beynəlxalq yarışa qatılmaya bilər.
Unikal.org-a müraciət edən Bərdə rayon Şahvəllər kənd D.Əliyev adına tam orta məktəbin 9-cu sinif şagirdi Babayev Hüseyn Akif oğlunun Rusiyada keçiriləcək "Mendeleyev" adına bilik yarışmasında iştirakı üçün 2000 avro məbləğində sponsor dəstəyinə təcili ehtiyacı var:
"Özüm kiçik kənd məktəbində təhsil alsam da 8-ci sinif şagirdi olaraq 9-cu siniflərlə mübarizəyə qatılmışam. Kimya üzrə respublika olimpiadasında bir dəfə qızıl, bir dəfə də bürünc medal qazanmışam. 9 fevral 2019-cu il tarixində keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının(İMCHO) seçim turunda 6-cı yeri tutdum. BMKO komandasında,əgər nəticələr yaxın və ya eynidirsə 7 nəfərə qədər şagird aparmaq hüququ vardır. Lakin ilk dörd yeri tutmuş şagirdlərin xərcləri əvvəlcədən təmin olunur.Əgər balların eyni və ya yaxın olması halı yaşanarsa,bu zaman növbəti şagirdlərə sponsor tapmaq lazım gəlir.Mənim nəticəm isə digər şagirdlərdən az fərqlənir.(1.24% və ya 2.35 bal) Hazırda 4 nəfər Mendeleyev Olimpiadasına Kapital Bankın sponsorluğu ilə qoşulur. Mənim yarışda iştirakım üçün lazım olan məbləğ və ya sponsor tapılsa, mən də uğurlu nəticə göstərə bilərəm. Əgər həmin yarışda iştirak edib, uğurlu nəticə göstərsəm Lomonosov adına Moskva Dövlət Universitetinə imtahansız qəbul ola bilərəm".
Qeyd edək ki, Bərdədən gəlib Bakı şəhərində dərslərə qoşulan bu istedadlı 9-cu sinif şagirdin hazırda Beynəlxalq İCHO olimpiadasının hazırlığını keçir. Son seçim turunda respublika ikincisi olub. Ən gec 3 gün müddətində lazım olan vəsait tapılsa, Təhsil Nazirliyi məktəblinin həmin yarışmada iştirakı üçün sənədləşmə aparacaq.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək