“Reytinq” qəzeti 3 min manat yardımdan imtina etdi
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları sərtləşdirib
Bu qərardan sonra həftəlik “Reytinq” qəzeti də fəaliyyətini dayandırıb. Mia.az-ın məlumatına görə, “Reytinq”in KİVDF ilə müqaviləsinə əsasən fevral-mart aylarında çap olunmaq imkanı olsa da, redaksiya iki ayın maliyyəsindən (üç min manat) imtina etmək qərarı verib.
Məsələ ilə bağlı açıqlama verən “Reytinq”in baş redaktoru Afiq Mirzəbəyli bunu təsdiqləyib. Bildirib ki, hazırkı şərtlər çərçivəsində qəzetin fəaliyyətini davam etdirmək mənasızdır. O, “Reytinq”in onlayn fəaliyyətini gücləndirəcəklərini bildirib. Baş redaktor deyib ki, bəzi mütəxəssislərlə Reyting.az saytının yenidən qurulması və saytın onlayn medianın daha müasir tələblərinə cavab verməsi üçün danışıqlar aparır.
“Reytinq” qəzeti redaksiyasının məhdud sayda kollektivinə gəlincə, A. Mirzəbəyli bildirib ki, sayt çərçivəsində əvvəlki əməkdaşlarla işə davam edəcəklər. Amma müəyyən müddətdən sonra Reyting.az saytında rus və ingilis dillərində bölmələr yaradılacağı üçün kollektivə yeni şəxslər də cəlb olunacaq.
Baş redaktor sonda “Reytinq” qəzetinin sadiq oxucularından və artıq 20 ildən çoxdur ki, bu redaksiya ilə əməkdaşlığını dayandırmayan şəxslərdən üzrxahlıq edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək