Təhsil şöbələri ləğv edilir?- İddia
Təhsil şöbələrinin ləğv ediləcəyi iddia edilir.
Baku.ws saytı yazır ki, etibarlı mənbədən aldığı məlumata görə, 2018-2019-cu tədris ilinin sonunda rayon təhsil şöbələri ləğv edilərək regional təhsil idarələri yaradılacaq.
Hər rayonda yalnız regional təhsil idarəsinin iki nümayəndəsi çalışacaq.
Etibarlı mənbə həmçinin sayta qeyd edib ki, metodkabinetlər vahid mərkəzdə birləşdirilərək yeni adla fəaliyyət göstərəcək.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən verilən məlumata görə, bu barədə qurumda heç bir informasiya yoxdur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev struktur islahatatı aparılacığını vurğulayıb. O, qeyd edib ki, indi struktur islahatı gözlənilir:
“Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır.
Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib.
İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?