Zaur Hüseynov ştatları ləğv etdi: 100-ə yaxın işçi ixtisara düşdü
"Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir.
Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub.
"Bakı Metropoliteni”nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələrinə ciddi sosial problem yaradacaq.
QSC rəhbərliyi, şirkət arasında da razılaşmada olub. Razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər.
Amma, şirkət rəhbərliyi isə təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən "maraqlısı” isə şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı məvacibi metrodandan aldıqlarından da az təklif edilir” deyə şikayətdə vurğulanır.
"Bakı Metropoliteninin" mətbuat xidməti Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarın verməsinin səbəblərini açıqlayıb:
"2014-cü ildə QSC yarananda ölkə başçısı "Bakı Metropoliteninin" rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnalogiyaların tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”.
Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi "Tais İFK” MMC şirkətinə həvalə edilib: "Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerləri vasitəsilə təcrübəni öyrənib. Şirkət rəhbərliyi də qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürəcək. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki, şirkətdə çalışmaq istəmirsə, metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”.
Bəxtiyar Məmmədov qalib şirkətin metro.gov.az tender bölümündə göstərilməməsinin səbəblərini də açıqlayıb: "Bunu hər hansı məsələ ilə bağlamaq olmaz. Sayıtda qalib şirkətin göstərilməməsinə səbəb texniki problemdir. Yaxın vaxtlarda tenderdə qalib gələn şirkət haqqında rəsmi saytımızda xəbər yerləşdiriləcək".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?