““Baku Elektronics” müştəriləri aldadır” - FOTOFAKT
“Baku Elektronics” şirkəti saxta endirimlərlə müştəriləri aldadır.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, şirkətin rəsmi saytında göstərilən endirim qiymətləri ilə real qiymətlər arasında xeyli fərq var:
“Saytda bəyəndiyim məişət avadanlığının (ütü) qiymətinin 95 manatdan 74 manata düşdüyü qeyd olunmuşdu. Zəng vurduğum zaman isə sadəcə 10 manat dəyərində endirim ediləcəyi bildirildi. Halbuki zəngi qiymətlə bağlı yox, malın stok məlumatları ilə bağlı etmişdim. Yəni şirkət işçiləri saxta endirim elanından xəbərdardırlar. Müştərini aldadıb tələyə salırlar. Mağazaya cəlb edib “sürpriz” etmək istəyirlər”.
“Baku Elektronics”in isə məsələyə münasibəti belə olub: “Ola bilər ki, qiymətlər texniki baxımdan, saytın yenilənmədiyi üçün elə göstərilir”.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?