Avtovağzala giriş-çıxış qiymətləri dəyişdi - Yeni tariflər
Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ləğv olunaraq yeni tariflər müəyyənləşdirilib.
Bu barədə “Qafqazinfo”ya məlumatı BBA-nın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova verib. O bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişilib:
“Belə ki, yeni tariflərə əsasən 0-2 saat - 1 AZN, 2-6 saat - 2 AZN, 6-12 saat - 3 AZN, 12-24 saat - 4 AZN müəyyən olunub.
Yeni qayda ötən ayın 1-dən etibarən tətbiq olunur. Dəyişikliyə səbəb isə sürücülərin yuxarı girişi keçid məntəqəsi kimi istifadə edərək sıxlıq yaratmasıdır. Eyni zamanda, sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?