Oqtay Şirəliyev nazirliyi ittiham etdi: "Haqqı çatan bəzi insanlara əlillik verilməyib"
"Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.
Bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bunun çox vacib məsələ olduğunu bildirib: "Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma, əvvəllər təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.
O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: "Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.
Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: "Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?