“Ekspress” qəzeti bağlanır
Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet olan “Ekspress” fəaliyyətini dayandırır. Qəzet artıq iki gündür ki, nəşr olunmur. Buna səbəb kimi maliyyə problemlərinin olması, qəzetin əsas sponsoru "Nurgun Motors"un maliyyələşməni dayandırmaqla bağlı qərarıdır. Məlumatlara görə, artıq uzun müddətdir ki, zəif fəaliyyət göstərən mətbu orqanın yaxın günlərdə tamamilə dayandırılacağı ilə bağlı kollektivə də məlumat verilib.
“Qafqazinfo” məsələ ilə əlaqədar qəzetin baş redaktor əvəzi Qalib İbrahimoğlu ilə əlaqə saxlayıb.
O bildirib ki, texniki problemlərə görə, qəzet iki gündür ki, nəşr olunmur: “İndidən qəzetin bağlanıb-bağlanmayacağı ilə bağlı bir şey deyə bilmərəm. Gələn həftə bu barədə qəti qərar veriləcək”.
Xatırladaq ki, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov da bir müddət əvvəl təsisçilər tərəfindən vəzifəsindən azad olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?