31 dekabr Səfər Mehdiyevin fiaskosuna şahidlik etdi - Şəhər partlayıcı pirotexnik vasitələrlə dolu idi.. İTTİHAM
Səfər Mehdiyev pafosla elan etmişdi ki, gömrük tam şəffaf və təmiz işləyir. İstərdik ki, bu bəyanlara inanaq
Amma və lakin 31 dekabr Bakı küçələrində baş verənlər bunun tam əksini göstərdi. Küçələrdə elə part-a-part düşmüşdü ki, əvvəl elə fikirləşdik ki, bu qələbə atəşfəşanlığıdır. Bəs polisin bazarlardan aşkarlayıb götürdüyü yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr hardan girib Azərbaycana?
Əgər Səfər Mehdiyevin gömrüyü şəffaf və düz işləsə idi, məntiqlə o gün küçələrdə o qədər fişənglər və partlayıcı paketlər atılmazdı. Çünki bütün bu dediklərim Azərbaycana gömrüklərimizdən keçərək gəlib.Və əgər onların gətirilməsi yasaqdırsa, deməli məntiqlə gömrük işçilərinin gözlərini bağlamaq üçün kimlərə isə yaxşı pullar verilib.
Binə "bazar"-ı kimi tanıdığımız bazarda bir satçı altdan neçə və hansı cürə partlayıcı paket, fişəng istəsən satırdı. Ona alver adı altında sual verdim ki, " Bacıoğlu axı bunları gətirmək yasaqdır, gömrük buraxmır? Siz necə gətirisiniz?" Dedi: "Dayı güya Səfər aydan gəlib? Elə əvvəldən ordaydı. Sadəcə qiymətlər bir az artıb.Pulunu ver nə istsən gətir.Sadəcə lazımlı adamaları tanımalısan və kimə pul verməli olduğunu bilmlisən....."
Bəs sosial şəbəkələrdə dolaşan partlayıçıların uşaqların əlində partlaması xəbərlərinə nə demək olar?
Belə çıxır ki, kimlərsə öz nəfsinin qurbanı olub Azərbaycan sərhədlərindən gömrük nəzarəti vasitəsiylə milyonlar qazanmaq üçün bu qədər partlayıcı maddələr keçirməyi bacarıblarsa, deməli sabah böyük pullar vasitəsiylə başqa alçaqlıqları da edə bilərlər.
Bax belə əziz oxucular, ən sadə həqiqəti elə o malları satanlar bilirmiş!
Qaldı DGK-nin sədri Səfər Mehdiyevin pafoslu sözlərinə, ona cavabı 31 dekabrda Bakı küçələri verdi.
Qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?