Bayram gününə olan hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, həmçinin Daşkəsən, Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur mənfi 6-11 dərəcə şaxta olacaq.
Qazax-Gəncə, Tərtər-Ağdam, Füzuli-Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Mərkəzi Aran rayonlarında, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Balakən, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 9-14 dərəcə şaxta olacaq.
Masallı, Lənkəran, Astara, Lerik rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperatur 2-4 dərəcə isti, dağlarda 1-6 dərəcə şaxta olacaq.
Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Temperatur 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə 8-13 dərəcə şaxta olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən Yeni il gecəsi ölkə ərazisində qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənilir. Bu rayonlarda havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?