"Şəfa broyler"dən gələn direktor müəllimləri təhqir edir - İTTİHAM
"Şəfa Broyler"dən 16 saylı peşə liseyinə direktor gələn Şakir Hüseynov qadın müəllimlərlə kobud rəftar edir, onlarla təhqiramiz sözlərlə danışır.
Bu barədə Qaynarinfo-ya liseyin müəllimi Mirvarid Muxtarova məlumat verib. O, bildirib ki, direktor gəldiyi gündən bəzi işçilərlə prinsip aparır:
"Özü dili ilə deyib ki, Peşə Agentliyi məni bura təmizlik işləri aparmaq üçün göndərib. 5 nəfəri işdən çıxarmaq istədi, 4-ü şikayət etdiyi üçün çıxara bilmədi, lakin 1 nəfəri işdən uzaqlaşdırdı. Bəzi işçilərlə prinsip aparır ki, onlardan biri də mənəm. Artıq 4-cü dəfədir ki, diaqnostik qiymətləndirmə keçirilir, lakin mənim adımı yazmır. Səbəb də göstərir ki, guya ixtisasın uyğun deyil. Halbuki ixtisası uyğun gəlməyən bütün müəllimlər diaqnostik qiymətləndirməyə göndərilib. Bu məsələ ilə bağlı Peşə Agentliyinə müraciət etdim. Kamran adlı şəxs mənlə danışdı. O da direktorun tərəfini saxladı. Amma izah edə bilmədi ki, necə olur 12 nəfər imtahan verir, sırf 2 nəfər buraxılmır. Əgər ixtisası uyğun gəlməyənlər imtahan verə bilməzlərsə, bəs onların adı necə yazılır?!"
M.Muxtarova liseydə qanunsuzluğun baş alıb getdiyini də sözlərinə əlavə edib:
"68 yaşlı kimya müəlliməsi və direktor müavini vəzifəsini icra edən Əzizə Abbasova da direktorla əlbir işləyir. Tələbələrin təqaüdləri qanunsuz şəkildə tutulur. Hansı hesablara getdiyi də məlum deyil".
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bu məsələnin araşdırılması ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat verəcəyini bildirib.
Sözügedən ittihamlarla bağlı 16 saylı peşə məktəbinin direktoru Şakir Hüseynovun mövqeyini öyrənmək istəsək də, onunla əlaqə saxlaya bilmədik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?