"OMD"də biabırçılıq: növbətçilər yatdı, körpə qıcolma keçirdi - FOTOFAKT
.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD xəstəxanası) növbətçi həkimlər gecə yatdıqları üçün körpələrdən biri qıcolma keçirib.
Bu barədə Qaynarinfo-ya uşağın əmisi Elvin Murad məlumat verib. O, xəstəxanada özbaşınalığın baş alıb getdiyini, gün ərzində azı 3-4 körpənin baxımsızlıqdan həyatını itirdiyini bildirib:
"Qardaşım uşağının vəziyyəti ağır idi. Bir həftə reanimasiyada saxlanılması üçün 500 manat vermişik. Uşağa kateteri səhv taxdıqları üçün, sidiyə gedə bilmir. Növbətçi həkimlər gecə yatıb, uşağın da vəziyəti pisləşib, sudurğa (qıcolma - red.) keçirib. İndi də ölümcül vəziyyətdədir. Aparata bağlı yaşayır. Çox xahiş edirəm bu özbaşınalığı, dərəbəyliyi, pul yığan kassaları ifşa edin. Hər gün ağır vəziyyətdə nə qədər uşaq gətirilir ora. Gün ərzində baxımsızlıqdan 3-4 körpə həyatını itirir. Uşağa baxan dayələrin onlarla necə rəftar etdiklərini öz gözlərimlə görmüşəm. Çox biabırçı mənzərədir. Üstəlik xəstə haqqında məlumat almaq istəyəndə, azı 5 manat pul alırlar. Adını da "görüm-baxım elə" qoyublar".
Qeyd edək ki, bu, "OMD" xəstəxanası ilə bağlı edilən ilk şikayət deyil. "OMD"də uşaq ölümləri ilə bağlı dəfələrlə yazılar dərc olunub.
Xəstəxananın baş həkimi Səadət Ələsgərova Qaynarinfo-ya açıqlamasında yorğunluqdan növbətçilərin hardasa mürgüləməsi hallarını istisna etməyib, lakin hər gün körpə ölümlərinin olduğu ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini deyib:
"Mənim məzuniyyətdən gəldiyim 4 gündə cəmi bir körpə tələf olub. Onun da vəziyyəti çox ağır idi. Hər gün körpə ölümü ilə bağlı verilən məlumat yalandır. Bizim reanimasiyada 40-dan çox ağır vəziyyətə körpə var. Şöbədə də 3 növbətçi həkim olur. Ola bilər ki, onlardan biri yorğunluqdan hardasa gedib, uzanıb. Körpələrin anaları tamam başqa yerdə olur, heç uşağının harda olduğunu bilmir. Onun dediyi nə qədər əsaslı ola bilər ki? Gəlib bizə müraciət etsinlər. Araşdıraq məsələni. Reanimasiyada qıcolma keçirən uşaq çoxdur. Çoxu 41-42 dərəcə qızdırma ilə gəlir. Elə bir hadisə olmayıb. Mən eşitməmişəm. Şikayət edən gəlib bizə şikayət eləsin. Onlara yardım edilsə, burda ediləcək. Siz onlara nə yardım göstərə bilərsiniz ki?"
Ümid edirik ki, Səhiyyə Nazirliyi bu məsələni diqqətdə saxlayacaq və belə halların qarşısının alınması üçün lazımi tədbirlər görəcək. 


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?