Ülvi Quliyev 2018-ci il üçün yekun qəbulunu keçirdi
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 17 saylı Yasamal III seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev parlamentdə seçicilərini qəbul edib.
Bu, komitə sədrinin 2018-ci ildə yekun qəbuludur.Ülvi Quliyev təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət ünvanlayan vətəndaşları ayrı-ayrılıqda qəbul edib. Deputat onları narahat edən məsələləri dinləyib.30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda əsasən iş, mənzil, sosial, idman, təhsil və s. kimi məsələlər üstünlük təşkil edib.Seçicilərin problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Ülvi Quliyev bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.Ərizə və şikayət məktubları aidiyyəti orqanlara yönləndirilməsi üçün götürülüb.
Qeyd edək ki, Ü.Quliyev 2018-ci ildə həm öz dairəsində, o cümlədən Milli Məclisdə 11 görüş keçirib.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?