XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Temperatur 5 dərəcə aşağı düşəcək - Güclü külək, yağış...

Temperatur 5 dərəcə aşağı düşəcək - Güclü külək, yağış...

Temperatur 5 dərəcə aşağı düşəcək - Güclü külək, yağış...
26-12-2018, 15:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib.

Daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Həm paytaxtda, həm də rayonlarda havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.