SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 132-134 saylı Təhsil Kompleksində "Sağlam Təhsil" adı altında xəstə təhsil - YENİLƏNİB

132-134 saylı Təhsil Kompleksində "Sağlam Təhsil" adı altında xəstə təhsil - YENİLƏNİB

Tarix:

25-12-2018, 17:34

/ 5 084 dəfə oxundu.
132-134 saylı Təhsil Kompleksində "Sağlam Təhsil" adı altında xəstə təhsil - YENİLƏNİB

Bakı şəhəri 132-134 saylı təhsil kompleksində baş verənlər məni bir valideyn kimi ciddi narahat edir. Məsələni tam izah etmək üçün geriyə dönməliyəm. 2014-cü ildə övladım həmin kompleksə xüsusi qabiliyyətli uşaq kimi müvafiq imtahan verərək qəbul olmuşdur. Həmin sinif yeni Pilot lahiyə altında "Sağlam Təhsil" proqramı ilə başlayırdı. Bu lahiyə 62 yaşlı müəllimə Gülşən Cəfərzadəyə həvalə edilmişdir (düşünürəm ki ,bunun əsl səbəbi araşdırılmalıdır, bu qədər cavan kadr olan nazirlikdə 62 yaşlı qadını seçmək nə qədər düzgündür). Ölkədə təhsildə neqativ praktika olan dərsdən sonra ödənişli hazırlıq sinfin müəlliməsi tərəfindən əlavə ödənişlər hesabına həyata keçirilirdi. Biz və bizim kimi bir neçə valideyn də öz övladlarını həmin ödənişli kursa qoymuşdur. Bir müddət keçdikdən sonra biz müəyyən etdik ki, müəllimə hazırlıq zamanı əlavə işlərlə məşğul olur və aldığı ödənişə dair hər hansı bir hərəkət etmir. Qeyd edilənləri və özüm pedaqoq övladı olaraq , bəhanə ilə uşağı həmin “KURSDAN” kənarlaşdırdım. Tərslikdən bizdən sonra bütün valideynlər həmin kursdan övladlarını çıxartdı. Bu hadisədən sonra həmin müəllimə bu işdə bizi günahkar görərək uşaqdan qisas almağı qarşısına məqsəd kimi qoydu və bu günə qədər ona riayət edir. Müəllimə etikadan kənar olaraq daima uşağı basqı altında saxlayır, bundan əlavə müəllimənin hərəkətləri bir araya sığmır, uşaqları “Baykot” formasında cəzalandırır (bir necə gün həmin uşağa heç kim yaxınlaşa və söz deyə bilməz).
Carı ilin yanvar ayının 19-da birinci tənəffüs zamanı uşaq məktəbdə yıxılaraq burnu ciddi şəkildə zədələnmişdir (müvafiq arayış var). Dərs günü bitənədək uşaq qanlı köynəkdə burnu zədəli və şişkin vəziyyətdə sinifdə oturmuşdur. Müəllimə tərəfindən uşağa hər hansı bir yardım göstərilməmiş, müvafiq qaydada tibbə və məktəb rəhbərliyinə, valideynə məlumat verilməmişdir.
Bu ilin mart aylarında adı çəkilən müəllimə dərs zamanı uşağı vurmuş və ona xəsarət yetirmişdir. Müəllimənin hərəkətlərindən polisə şikayət verilmişdir. Polis tibbi ekspertizaya göndərilməsi barədə qərar qəbul etmişdir. Bu hadisədən xəbər tutan müəllimə valideyn komitəsinə zəng edərək bizi onunla görüşdürməyi tələb etmiş, əks halda özünü məktəbin pəncərəsindən atacağını söyləmişdir. Bütün bu hərəkətlərdən daima məktəbin təlim-tərbiyə üzrə direktor müavini Məlahət xanıma şikayət etmişəm, lakin direktor Sara Xanlarovanın qəbuluna düşmək mümkün olmurdu. Bir müddət ötdükdən sonra nəhayət Sara xanımın qəbulunda oldum ,bütün hadisələri ona danışdım. O, çox təəccübləndi və bunlardan xəbərsiz olduğunu söylədi. Sara xanımın reaksiyasında mənə bəlli oldu ki, bütün məmin şikayətlərim hədər olub. Sonunda məktəb rəhbərliyinin xahişləri və hadisənin başqa istiqamətdə getməməsi naminə, direktorun həmin müəlliməni dəyişəcəyi vədinə inanaraq biz öz şikayətimizdən geri döndük.
Bu kimi hadisələr indiyəcən davam edir.... Müəllimə sinifdə uşaqları bir-biri ilə dalaşdıraraq görüntüləri telefona çəkir və digər tərəfin valideyninə təqdim edir, görünür video çəkmək bu məktəbdə vərdişə çevirilib. Məktəb müdriyyətinə bu barədə şikayət edilib. Bizim və digər valideynin iştirakı ilə araşdırılma aparılıb və müəllimə qeyd edilənləri etiraf edib. Lakin hər hansı bir tədbir görülməyib.
Təhsil Nazirliyinə dəfələrlə şikayət verilməsinə baxmayaraq hər hansı bir tədbir görülmür. Təhsil Nazirliyi və məktəb rəhbərliyi işi araşdırmır.Səbəbi isə məktəbin imicinə xələr yetirilməsidir, “sağlam təhsili” sübhə altına alınmasıdır ki, bu da yol verilməzdir. Görünür bu “Sağlam Təhsil” nə qədər vacib lahiyədirsə, buna hər şeyi qurban verməyə dəyər. “Sağlam Təhsil” pilot lahiyəsinin həqiqətən zəruri olmasını sübut etmək naminə Kiçik Summativ Qiymətləndirmə zamanı bacarıqlı uşaqları digər geridə qalan zəif nəticə verən uşaqlarla bir partada əyləşdirərək “uğurlu” nəticələr əldə olunur. Bununla da valideynlərə müəllimənin və pilot lahiyənin necə “uğurlu” olması vurğulanır.
Hazırki vəziyyətdə hər şey idarə olunmaz səviyyəyə çatıb, artıq müəllimə uşağı təhqir edir, ona onun valideyləri barədə təqqiramiz sözlər deyir. Hədisənin çözülmə yolunun olmadığı anlayaraq mən bir valideyn kimi hansı qərarə gəlməliyəm? Eyniliklə öz övladıma müəlliməyə təhqiramiz cavablar vermək səlahiyyəti verim? Bu vəziyyətin bir çıxış yolu olmalıdır, ya yox?
Təhsil Nazirliyi və məktəb rəhbərliyi hadisənin mənim tərəfimdən sübut olunmasını istəyirlər, sual mən bir valideyn olaraq sinifə buraxılmıram, orada cərəyan edənləri necə sübüt edə bilərəm??

Hörmətlə: İlham Mehtiyev

***

Bakı şəhəri 132-134 saylı təhsil kompleksinin 4 «b» rus bölməsi sinfinin şagirdlərinin valideynləri bu “Narahat valideyn”ə aşağıdakıları bildirmək istəyir:

2018-2019 cu tədris ilində şagirdlərin 4-cü sinifdə oxuduğunu nəzərə alsaq, “Sağlam Təhsil” layihəsi ilə başlayan bu sinif adı keçən müəlliməyə 2015-ci ildən həvalə edilib. Düşünürük ki, nazirlik 62 yaşlı təcrübəli Gülşən Cəfərzadəni sinif rəhbəri seçməklə çox düzgün qərar vermişdir. 
Ödənişli hazırlıq “KURSU” müəllimə dərsdən sonra məktəbdə uzun vaxt sərf etmək istəmədiyi üçün müəllimənin öz arzusu ilə ləğv edilib. Müəlliməyə “KURSU” ləğv etməsin deyə müraciət edən valideynlər də olub.
Gələk uşağın basqı altında olmasına. Valideynlər özləri uşaqlarına bu uşaqdan kənar durmağı tövsiyyə edirlər. Səbəbi isə uşağın çox davakar olması, müəlliməni söyməsi, ağzını əyməsi, digər şagirdləri qız və ya oğlan olmasından asılı olmayaraq dəfələrlə vurması, vurduqcada daha çox vurmaq istəməsi, bitməyən kini olmasıdır. Biz uşaqlarımızın bunları nümunə götürməsini istəmirik. Məsələn, sinifdə biri ilə davası düşsə onu hər yerdə vurmağa çalışır, səbəbini isə soruşanda keçmişdən gələn hirsinin soyumadığı anlaşılır. Valideyn iclasında uşağına biriylə vuruşanda “dobivay” - (axıra qədər vur) dediyini söyləyən (iclasda bu sözləri eşidən valideynlər olub) valideynin uşağıyla digər şagirdlər niyə danışmalıdılar ki?!  Bir valideyn özünü digərlərindən yuxarı tutursa, hamıya yuxarıdan aşağı baxırsa, uşaqda bunu görüb götürür, öyrənir.
Uşağın yıxılması sinifdən kənarda tənəffüz vaxtı qaçdığı zaman baş verib. Sinif yoldaşı yıxıldığını görüb ona kömək etmişdi. Narahat valideyn məktəbin kameralarında hadisənin necə olduğuna baxıb. Uşaq sinif yoldaşına müəlliməyə deməməsini (yəqin müəllimənin qaçmaq olmaz, yıxılarsız sözlərinə məhəl qoymadığı üçün) tapşırıb. 
Sinifdə 24 uşaq var. Müəllimə bu uşağın şəxsi mürəbbiyəsi deyil ki. Uşaqlar evdə də, məktəbdə də, küçədə də yıxıla yıxıla böyüyürlər. Narahat valideyn “dobivay” yerinə “yıxılanda müəlliməyə yaxınlaş kömək etsin” desə belə problemlər yaranmaz. Müəllimə hardan bilsin uşaq yıxlıb?
Müəllimə sinifdə, sinifdən kənarda, küçədə heç bir uşağı, heç zaman vurmayıb. Sözü gedən xəsarəti uşaq özünü pəhləvan hesab edərək başqa uşaqla vuruşanda alıb. Belə ki, müəllimə uşaqları əllərindən tutaraq ayırmağa çalışırdı. Uşaq isə hikkə ilə müəllimənin əlindən çıxmağa çalışırdı ki, yeni zərbələr vursun. Müəllimə sinifdə heç kimi dalaşdırmır. Bütün sinif bir biri ilə çox mehribandır. Yalnız bu uşaq hamıyla dalaşır. Uşaq mütəmadi olaraq dalaşdığına görə də “Narahat valideyn” elə bilir ki, müəllimə dalaşdırır. Bəs digərləri niyə dalaşmırlar? Çünki digər valideynlər uşaqlara mehriban olun, vuruşmayın, küsməyin öyrədirlər. Dəfələrlə olub ki, valideyn digər şagirdlərin valideynlərinə zəng vurub şikayət edib. “Mən öz uşağıma inanıram deyirlər”. “Narahat valideyn” biz də öz uşaqlarımıza inanırıq.
Sinifdə savadsız uşaq yoxdur! Hamı yüksək balla qəbul olub. Bütün summativ qiymətləndirmələrdə əldə edilən nəticələr, həm uşaqlarımızın, həm də müəllimənin zəhmətidir! 
Hörmətli “Narahat valideyin”, “Sağlam Təhsil” layihəsindən narazısınız, sinif rəhbərindən narazısınız, sinifdəki uşaqların savadından narazısınız, məktəbin idarə heyyətindən narazısınız. Sizi razı salmaq üçün tələb olunanları yerinə yetirə bilmərik. Əgər çox narahatsınızsa uşağınızı başqa sinifə, hətta məktəbə keçirə bilərsiniz. Gördüyünüz kimi hadisənin çözülməsi yolu var. Valideyn kimi istədiyiniz qərarı ala bilərsiniz.
Bu il sinif buraxılış sinfi olduğundan dərs ilinin sonunda şagirdlər bir sıra imtahanlar verəcəklər və onların biliyi qiymətləndiriləcək. Ona görə də şagirdlərin və müəllimənin diqqətini dərs prosesindən yayındırmayın, sinifdə psixoloji gərginlik yaratmayın.

Hörmətlə: 4”b” rus bölməsi valideynləri

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ