SKY EKSPRESS-in Goranboy Sakininə Etdiyi Fırıldaq…-ŞİKAYƏT
Vətəndaş tora düşdüyünü deyir. Goranboy sakini Sadıqov Ayaz Rəşid oğlu Xəbəral.az saytının vatsap əlaqə nömrəsinə müraciət edərək böyük bir fırıldaqçılıqla qarşılaşdığını bildirib.Ayaz Sadıqov iddiasını olduğu kimi dərc edirik: “SKY Ekspress Kredit Təşkilatı”-nın TV kanallar da reklamını gördüm, evimə televizor və digər məişət avadanlıqları lazım olduğundan həmin sözügedən şirkətin nömrəsini götürüb zəng etdim və 108 dm televizorun kredit yolu ilə qiymətini maraqlandım.
Bir neçə suallar verdikdə gördüm ki, “SKY” Ekspress Kredit təşkilatının satış qiymətləri heç də reklamlarındakı kimi deyil.Bunların satış qiyməti hardasa 75% baha çıxır və mən razılaşmayıb telefonu söndürdüm”.
Goranboy sakinin dediyinə görə, bu danışığın üstündən təxminən 10 gün keçdikdən sonra “SKY”Ekspress Kredit təşkilatının nümayəndəsi ona zəng edərək şərləməyə başladı,deyib ki,əgər aldığı televizorun pulunu ödəməsə onu hüquq mühafizə orqanlarına verib süründürəcəklər: “Heç bir yerdə işləmirəm, ailə vəziyyətim çətin, bir yandan da “SKY”Ekspress kredit təşkilatı mən onlardan mal almaya-almaya məni şərləyirlər.Kaş bunlara zəng etməyəydim, qalmışam çıxılmaz vəziyyətdə.Hər gün zəng edib məni təhdid edirlər.
Xəbəral.az saytından və Azərbaycan xalqından mənə qarşı olan haqsızlığa kömək istəyirəm”.
Göranboy sakini Ayaz Sadıqov Xəbəral.az saytına onu da bildirdi ki, artıq bu kredit təşkilatı ilə bağlı Goranboy rayon prokurorluğuna və Respublika prokurorluğuna müraciət edib.
Vətəndaşın şikayətinin qərəzsiz araşdırıb dərc etmək üçün “SKY” Ekspress Kredit şirkəti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.Şirkətin telefonu gün ərzində məşqul olduğundan və ya normal işləmədiyindən qarşı tərəfi dinləyə bilmədik.
Qarşı tərəfi dinləyib mövqelərini dərc etməyə hazırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?