İcra başçısı doğum evindən qohumunun topladığı pullarla binaları təmir etdirir?
Sumqayıtdakı doğum evində həkimlərdən 200, müavinlərdən isə 1000 manat pul yığılır
Sumqayıtın icra başçısı Zakir Fərəcovun qanunsuz əməlləri ilə bağlı mətbuatda dəfələrlə yazılıb.
O cümlədən Muxalifet.az xəbər portalına da Z.Fərəcovun əleyhinə çoxsaylı şikayət məktubları daxil olub və haqsızlıqla üzləşən vətəndaşlar saytımız vasitəsilə ölkə başçısına müraciət ediblər.
Bu dəfə isə Sumqayıtın icra başçısının yaxın qohumlarından birinin özbaşınalığı ilə bağlı redaksiyamıza informasiya daxil olub. Söhbət Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin baş həkimi Təranə Rəcəblinin icra başçısının tapşırığı əsasında həkimlərdən qanunsuz olaraq pul yığmasından gedir.
Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyir ki, Sumqayıtın mərkəzi küçələrində binaların blokunu təmir etdirmək üçün sözügedən doğum evində çalışan həkimlərdən məcburi qaydada pul toplanır: “Suymqayıtdakı doğum evində “podyez”lərin təmiri üçün adi həkimlərdən, USM həkiminə qədər - adambaşına 200 AZN yığılır. Müavinlərsə 1000 manat ödəməyə məcbur edilib. Baş həkim Təranə (Rəcəbli – müəl.) Zakir müəllimin qohumudur...
Həkimlərin yığıdığı başqa pulları anladıq, statistikadan tutmuş bələdiyyəyə qədər pul yığırlar”.
Mənbə deyir ki, maddi imkanları yaxşı olsaydı, elə öz yaşadıqları binanı təmir etdirərdilər: “Öz qaldığımız binaların təmiri pis gündədir, biz gedib başqa binaları nə üçün təmir etdirməliyik?!”
Xatırladaq ki, Sumqayıt şəhər 1 nömrəli Doğum Evinin adı bir neçə dəfə mətbuatda uşaq ölümü ilə bağlı hallanıb.
Muxalifet.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?