SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elə hesabat verirlər ki... - 8 ayda nə əkdilər ki nə də biçsinlər...

Elə hesabat verirlər ki... - 8 ayda nə əkdilər ki nə də biçsinlər...

Tarix:

24-12-2018, 16:29

/ 991 dəfə oxundu.
Elə hesabat verirlər ki... - 8 ayda nə əkdilər ki nə də biçsinlər...

"Kənd Təsərrüfatı Naziri İnam Kərimovla Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev ilin yekunları ilə bağlı elə hesabat verirlər ki, sanki 8 ayda dağı dağ üstündə qoyublar... Çıxışlarında yalnlz uğurlardan danışırlar. Amma hər ikisi yaxşı bilir ki, danışdıqları uğur qısa müddətin nəticəsi deyil, aiddirsə, köhnə dövrə aiddir". Bu sözləri DİA.AZ-a açıqlamasında hpkumətdəki məlumatlı mənbə bildirib.

Mənbə əlavə edir: "Təbii ki, bu ilin aprel ayından nazir postuna təyinat alan hər iki gənc kadrın novatorluğu, yeniliyə marağı diqqətəlayiqdir. Amma onlar realda hesabat verməyə tələsirlər. Normalda səmimi olsaydılar, hesabat verməzdilər və ən azından 1 illərinin tamamını gözləməli idilər. Kimsə iddia edə bilməz ki, İnam Kərimovun apreldə əkdikləri ilin sonunda belə bəhrə verə bilər və kimsə inana bilməz ki, Sahil Babayevin apreldən təməlini qoyduqları ölkədə sosial firavanlığın təşəkkül tapmasında müstəsna rol oynaya bilər".

Mənbə açıqlamasında bildirib ki, hər iki gənc nazirin sözügedən bəh-bəhli hesabatları artıq "yuxarılar" tərəfindən qeyri-səmimi söz toplusu kimi qəbul olunub: "Onlar bu yolla bəlkə də cəmiyyətin gözünə kül üfürə bilərlər. Amma onları həmin postlara təyin edən əsas iradənin hər iki gənc kadrdan istəyi köhnə üslublu yalanlar yox, sözün əsl mənasında reallığı ifadə edən hesabatdır. Belə bir hesabat yoxdursa, nə Səlim Müslümovun, nə də İsmət Abbasovun əkdiklərini biçərək bunu özlərinin məhsulları kimi təqdim etməməlidirlər".

Şərhlər

XƏBƏR LENTİ