SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrükdə "köhnə hamam, köhnə tas" - Sadəcə rəqiblərdən təmizləmə əməliyyatı gedir...İDDİA

Gömrükdə "köhnə hamam, köhnə tas" - Sadəcə rəqiblərdən təmizləmə əməliyyatı gedir...İDDİA

Tarix:

21-12-2018, 09:59

/ 1 053 dəfə oxundu.
Gömrükdə "köhnə hamam, köhnə tas" - Sadəcə rəqiblərdən təmizləmə əməliyyatı gedir...İDDİA

Elektron poçtumuza gələn məktubla sizləri tanış edirik. Sayta müraciət edən vətəndaş yazır ki:
"DGK-ində heç də deyildiyi kimi hər şey yaxşı gedmir. Düzdür gömrük yığımı artıb. Lakin deyildiyi kimi heçdə hansısa korrupsionerlərin işdən qovulduğuna görə və gömrük buraxılış məıntəqələrində gömrükçülərin birdən birə "imana" gələrək təmiz işlədiklərinə görə deyil. Yenə nə olursa bu yazıq sahibkarlara olur. Gömrük məzənnələri əvvəlki səviyyədədir və verməsən heç 1 çöp belə keçirdə bilməzsən. Sadəcə bu gün üçün gömrükdə Səfər Mehdiyev - Vüsal Novrusov savaşı gedir. Medianı diqqətlə izləsəniz görərsiniz ki, hər iki tərəf bir birinə "yaylım atəşı" açır. Lakin Səfər Mehdiyevin burda avantajı ondadır ki, o heçdə hansısa bir başqa xidmətdən bura gəlməyib. Hər halda ötən zaman kəsiyində Səfər Mehdiyevdə öz yeni vəzifəsinə konseptual yanaşma ehtiva edən hər hansı bir müsbət dəyişikliklər və irəliləyişlər hələ ki, müşahidə olunmayıb. Hətta bəzi sahələrdə köhnə neqativlər daha da gücləndirilir. Ən əsası isə üfüqdə vəziyyətin düzələcəyi ilə bağlı ümid belə görünmür. "
Daha sonra müraciətdə yazılıb:
" Bəli hörmətli media nümayəndələri, DGK-da təmizləmə əməliyyatı gedir, amma rüşvətxorlardan deyil, sadəcə keçmiş gömrük "boss"-larının adamlarından. Yoxsa diqqətlə baxsanız görərsiniz ki, adları dəfələrlə rüşvət olaylarında hallanmış necə yüksək cinli gömrük məmurları isti yerlərində sakit oturub əski işşləri ilə məşğuldurlar. Azərbaycana avtonəqliyyat gətirənlər bilir kim kimdir və gömrükdə kimlər onların başına nə oyunlar açırlar. Bir diqqətlə baxın o adamlar işdən çıxardılıb bəyəm? Və ya vəzifəsi artırılan gömrük məmurlarının avtobiaqrafiyasını və sahiblkarların başına açdıqları oyunları öyrənmək istəsəniz uzağa gedmək lazım gəlməyəcək. Dünənə qədər medianın səhifələrindən düşməyən sahibkarlara qan udduran o kreslo sahibləri hardadır? Çoxu öz yerlərində, bir hiossəsi isə dahada yüksək vəzifələrdə! Ona görədə sahibkarlarla danışsanız öyrənərsiniz ki, gömrük yenədə öz əski rejimində və hətta daha acımasız sahibkarların başına oyun açmaqdadır."
Daha sonra:
"Hər ay DGK-nın mətbuat xidməti tərəfindən gömrük keçid məntəqələrində bir çox malların qeyri-qanuni olaraq ölkəyə keçirilməsinin qarşısının alınması barədə məlumatlar yerli mediaya verilir, Komitənin rəsmi veb-saytına yerləşdirilir. Həmin məlumatlara əsasən, hər ay yüzlərlə, hətta minlərlə xarici markalı siqaretlərin, alkaqollu içkilərin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınır. DGK-nın veb-saytındakı məlumatlara görə, hər ay gömrük orqanları tərəfindən, həmçinin bahalı qızıl-zinyət əşyaları, mobil telefonları və aksessuarları da müsadirə olunur. Düzdür siz DGK-nın rəsmi saytında hərracda satılan mallar bərədə məlumat əldə edə bilərsiniz. Belə xala xətrin qalmasın deyə bir tarixsiz zadsız bir balaca hərrac siyahısı görərsiniz. Lakin bir yoxlayın hər dəfə gözümüzü deşən o minlərlə siqaret, arağ sayı, DGK-nın saytında yerləşdirilən hərrac siyahısına uyğun gəlir? Gəlmir.... Gəlməyəcəkdə,çünki o mallar DGK-nın dolanbaclarında yoxa çıxır."

Əldə etdiyimiz məlumata görə DGK-ndə keçmiş Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzova yaxınlığı ilə seçilən adamlardan təmizlənir. Və onun monopoliyasında olan sahələrə əl qoyulur. İddia olunur ki, elə bu yaxınlarda medaiya sızdırılan Azərbaycana qızıl idxalının birdən birə artmasıda bununla bağlıdır. İddiaya görə gömrükdə bu sahədə Vüsal Novruzovun nəzarətində olub.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Teref.az

Şərhlər

XƏBƏR LENTİ