“5500 pul veririk, müəllim uşaqlara “tupoy” deyir” - Tanınmış liseydən şikayət
Övladları “Evrika” liseyinin 6 D sinfində təsil alan bir qrup valideyn dərs prosesindən narazı olduğu üçün redaksiyamıza müraciət edib. Valideynlər “Qafqazinfo”ya bildiriblər ki, lisey rəhbərliyi onların şikayətlərinə biganə yanaşır:
“Özəl liseydə təhsil daha keyfiyyətli olar deyə övladımızı bu təhsil müəssisəsinə qoymuşuq. İldə nə az, nə çox 5500 manat pul ödəyirik. Otaqlarda kamera sistemi var və dərsləri onlayn izlədiyimiz zaman dəfələrlə sinifdə özbaşınalığın olduğunu, uşaqların müəllimə məhəl qoymadığını görmüşük. Sinif rəhbərlərinin yaşı 60-dan çoxdur, uşaqları sakitləşdirə bilmir. Müəllimlərin dərs davamiyyəti də çox aşağıdır, boş dərslər əvəz olunmur. Musiqi müəlliməsi hər dəfə sinfə girəndə uşaqlara “tupoy” deyir. Direktora, köməkçilərinə müraciət edirik, şikayətimizə baxılmır”.
Valideynlər liseydə müşahidə etdikləri problemlərlə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, onlar özəl liseylərə cavabdeh deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?