Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər
Əflatun Amaşov: "Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan müqavilə iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək"
"Noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək".
Bunu Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. O bildirib ki, bu memorandumu bağlamaqda məqsəd əlaqələri möhkəmləndirməkdir.
"Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər" - deyə Amaşov əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...