Döyülən direktorla bağlı növbəti açıqlama - Nazir nəzarətə götürdü
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyor Rza Rzayevin 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsi ilə bağlı daha bir məlumat yayıb.
Daxil olan məlumatda qeyd edilir ki, qurum direktora qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır:
"Bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır".
Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.
Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.
T.Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...