Ceyhun Bayramov əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsidir.
Əmrə əsasən, 2018-2019-cu dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi də təsdiq edilib. Təşkilat Komitəsinin sədri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, sədrin müavini Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcidovdur.
Müsabiqənin müvafiq mərhələlər üzrə təşkilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi Qaydaları” əsas tutulmalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki, bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etmələri tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?