SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “İkinci və üçüncü uşağa görə məbləğ artırılmalıdır”

“İkinci və üçüncü uşağa görə məbləğ artırılmalıdır”

Tarix:

14-11-2018, 17:07

/ 1 378 dəfə oxundu.
“İkinci və üçüncü uşağa görə məbləğ artırılmalıdır”

“Uşağın anadan olmasına görə birdəfəlik müavinət 2018-ci ilin səviyyəsindədir, bu, bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni, 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun”.

Bunu deputat Elmira Axundova “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. O bildirib ki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır.

Həmçinin deputat I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablanmasını, həm də onların müəyyən məbləğdə, heç olmasa, yaşayış minimumu həddində məvacib almalarını təklif edib: “Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Deputat Vahid Əhmədov isə mövzu ilə bağlı çıxışında qeyd edib ki, sözügedən quruma təzə nazir gəlib, müəyyən işlər görülüb, amma bu azdır: “Nazirlikdə ciddi islahatlara ehtiyac var. Biz 2018- ci il sığorta edənlərlə bağlı 30 və 60 faiz civarında güzəşt etmişdik. Sığorta edənlərin 371 milyon debitor borcu var idi. Bu müddət ərzində onun cəmi 65 milyonu ödənilib. Nazir yaxşı olardı ki, dövlət büdcəsindən transfert tələb etməkdənsə, debitor borcunun tam ödənilməsini həyata keçirəydi.

Nazirdən həmçinin xahişim odur ki, həkim tibbi ekspertizanı ciddi nəzarətə götürsün. Əlillik dərəcəsinin verilməsi ilə bağlı hər gün bizə şikayətlər gəlir. Kefləri necə istəyirsə, elə də əlillik dərəcəsi verirlər”.

Şərhlər

XƏBƏR LENTİ