Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək
Gənclər Fondu bu gündən etibarən təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlayıb. Qurumun saytına istinadən xəbər veririk ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək.
Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.
Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.
Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.
Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:
Milli qəhrəman övladları;
I, II və III qrup əlil olan gənclər;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
I qrup əlil valideyni olan gənclər;
Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
Aztəminatlı ailədən olan gənclər.
Müsabiqəyə 3 Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.
Müsabiqənin 18 noyabr tarixinə kimi davam edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?