“Bakı Bus”un qapı dərdi: - Sərnişinlərə hörmətsizlikdir
“Bakı Bus” avtobuslarında sürücülərin ön qapının yalnız bir layını açması tez-tez sərnişinlər arasında narazılığa səbəb olur. Bakı Nəqliyyat Agentliyi bunun sərnişinlər avtobusa minərkən təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün edildiyini rəsmən açıqlayıb. Agentlikdən bildirilib ki, tək qapının açılması sərnişinlərin salona daxil olan zaman növbəlilik prinsipinə əməl etmələri üçündür.
Lakin sərnişinlər, sosial şəbəkə istifadəçiləri qurumun bu açıqlamasının heç bir məntiqə uymadığını bildiriblər.
Bu barədə Axar.az-a danışan yol-nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə, qapının yalnız bir layının açılması ödənişlə bağlı olan məsələdir:
“Dəfələrlə şahidi olmuşam ki, sərnişinlər sıx olanda kimsə ödəniş etmədən içəri daxil olur. “Bakı Bus” böyük ehtimalla bu kimi hallar yaşanmasın deyə qapının bir layını açır. Bir növ, süni maneə yaradırlar ki, insanlar avtobusa bir-bir daxil olsun və ödənişin təmin olunması rahat şəkildə həyata keçsin.
Həqiqətən də ön qapı tam açıq olduqda avtobusa eyni anda bir neçə sərnişin daxil olur. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişin olaraq, bu qərarın tərəfdarı deyiləm. İstənilən halda avtobusun ön qapısının hər iki layı açılmalı və insanlar rahat şəkildə salona daxil olmalıdırlar”.
Ekspert sərnişinlərə qarşı inzibati qaydada tədbir görülməsini doğru hesab etmədiyini bildirib:
“Təəssüf ki, bizim ictimai nəqliyyatda bəzi hallarda liberal qaydalardan sui-istifadə edən sərnişinlər də var. Buna baxmayaraq, hesab etmirəm ki, bir və ya bir neçə sərnişinə görə digər sərnişinlərə hörmətsizlik edilməli, onların avtobusa rahat minmə imkanları məhdudlaşdırılmalıdır. Şirkət ödənişdən yayınmalara qarşı alternativ üsullardan istifadə etməlidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?