300-dən çox şəhid ailəsinin sənədləri göndərildi - 11 mini ala biləcəklər
300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinin sənədləri notarial qaydada qəbul olunaraq ödəniş aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Qurumdan daxil olan məlumata görə, artıq hərbi qulluqçuların vərəsələrindən 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.
İlin sonuna qədər nazirlik tərəfindən həmin ödəmələrin vətəndaşların təqdim etdikləri bank hesablarına köçürülməsinə başlanacaq.
Bununla yanaşı, şəhid hərbi qulluqçuların vərəsələrindən əvvəllər sığorta ödənişi edilmiş bir qismi bu ödənişi almadıqları iddiası ilə Nazirliyə və digər dövlət orqanlarına müraciət edib. Həmin şəxslər – ümumilikdə 117 şəhid hərbi qulluqçunun vərəsələri nazirlikdə qəbul olunaraq, şikayətləri qeydə alınıb. Müvafiq araşdırma aparılmaqla, onlardan artıq 70 şəhid hərbi qulluqçunun vərəsəsinin sığorta ödənişini aldığını təsdiq edən sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən əldə edilərək şikayətçilərə təqdim olunub. Digər 47 şəhid hərbi qulluqçunun vərəsələrinin şikayətlərinin araşdırılması davam edir.
Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?