Bu məhkumlar xərclərini özləri ödəyəcək — DƏYİŞİKLİK
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli məlumat verib.
Millət vəkili bildirib ki, təklif edilən dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərcləri məbləği məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçiriləcək.
Ə.Hüseynli bildirib ki, mövcud vəziyyətə görə Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərcləri məbləği dövlət hesabına həyata keçirilirdi.
Millət vəkili Qüdrət Həsənquliyev isə qanun layihəsinə dəyişikliyin müzakirəyə ehtiyac olduğunu deyib.
“Əgər qanuna bu dəyişikliyi edəcəyiksə, o zaman gərək penitensiar xidmətin əməkdaşlarının, polis, prokurorluq orqanlarının saxlanması xərcləri də cinayətklarların üzərinə qoyulsun. Hər bir məhbusa görə xərcləri dövlət çəkir. Bu xərclərin məhkumun üzərinə qoyulması doğru deyil. Bu məsələ üzərində düşünməliyik”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?