SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatlara yeni məhdudiyyətlər qoyulur

Deputatlara yeni məhdudiyyətlər qoyulur

Tarix:

23-10-2018, 16:40

/ 1 524 dəfə oxundu.
Deputatlara yeni məhdudiyyətlər qoyulur

Deputatlara hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər qoyulur.

Bununla bağlı "Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.

Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.

Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.


"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

XƏBƏR LENTİ