"Bizə "Hara istəyirsiniz gedin, şikayət edin" deyiblər..." - Utancverici mənzərə...
Hərbi tapşırıqları yerinə yetirən zaman iki ayağını və bir qolunu itirən Orxan Vəlizadənin dövlət tərəfindən protezlə təmin edilməməsi sosial şəbəkədə etirazlara səbəb olub.
Bununla bağlı Orxanın əmisi Adil Vəliyev özünün sosial şəbəkədəki səhifəsində bildirib:
"Bu qazi mənim qardaşım oğlu Orxandır. O, 2018-ci ilin aprelin 3-də hərbi tapşırıqları yerinə yetirən zaman mərmi partlaması nəticəsində ağır xəsarətlər alıb. Hal-hazırda Müdafiə Nazirliyinin Baş Tibb Hospitalında müalicə alır. Ona protez taxılmalıdır. Amma ailə aldadılır. Belə ki, general mayor Natiq Əliyev və onun köməkçisi Firudinin bizə verdiyi məlumata görə Orxana protez alınması üçün büdcədə kifayət qədər pul yoxdur. Bundan əlavə onlar bizə "Hara istəyirsiniz gedin, şikayət edin" deyiblər. Müvafiq qurumlardan bizə kömək etməklərini rica edirəm".
\\big.az\\




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək