“ Nə prezident tapşırığı, pulunu ver binanı tik..”- Fədai İmanovun arxasından görün hansı nazir çıxdı
Bir müddət əvvəl prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında Bakıda binaların həyətlərini zəbt edib heç bir şəhərsalma normalarına əməl edilmədən binalar tikənlərə ünvanlanmış qəzəbli mesajı belə tikinti baronlarını dayandırmır.
Təəsssüflə qeyd etməliyik ki, bu həqiqətdir. Vəzifəli şəxslərə arxalann sahikarlar dövlət başçısının tövsiyyələrini, xəbərdarlıqlarını qulaqardına vururlar.
Xüsusən də Nəsimi rayonunda. İcra başçısı Asif Əsgərovun razılığı ilə rayonda zəlil günə qalmayan az məhəllə qalıb. Yaşıllıqlar qırılır, binaların məhəllədaxili ərazisi, insanların istirahət yerləri vəhşicəsinə məhv edilər yerində göydələnlər tikilir.
“Yeni ev-19, “EFEM-2016” MTK, “Daim” MTK və diər tikinti şirkətlərinin sahibi, dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların xəbərdarlıqları ilə qarşılaşsa da heş bir cəza almadan, qorxusuz-hürküsüz qanunlara tüpürən Fədai Ərzuman oğlu İmanovu təkcə icra başçısı himayə etmir.
Bu şəxsin cinayətləri haqda videoreportaj hazırlamışıq.
Videoreportajda qanun pozuntusu olan konkret ünvanlar var. Əlaqədar qurumlar heç bir münasibət bildirməyiblər. Keçmiş Moskva kinoteatrının düz qarşısında hal-hazırda qızğın tikinti gedir. Tikintinin prorabı bizimlə söhbətdə həyasızcasına “ Nə prezident tapşırığı, pulunu ver binanı tik, kimdi qanuna baxan” dedi.
Verilən məlumata görə Fədai İmanov sadəcə balaca fiqurdur. Onun arxasında duran şəxs, bu tikintilərin əsil yiyəsi onun qüdrətli həmyerlisi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.
Bu himayə necə və hansı plan üzrə həyata keçirildiyini yazacağıq. Qarşı tərəf mövqeyini bildirə bilər.
Mozalan.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?