SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Texniki Baxış Mərkəzinin milyonçuları -Vəzifə üçün 750 min dollar verəni var

Texniki Baxış Mərkəzinin milyonçuları -Vəzifə üçün 750 min dollar verəni var

Tarix:

17-10-2018, 21:18

/ 963 dəfə oxundu.
Texniki Baxış Mərkəzinin milyonçuları -Vəzifə üçün 750 min dollar verəni var

Adətən Maştağa qəsəbəsində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində (BDYP MM) avtomobillərin texniki müayinədən həqiqi keçmədiyi, müxtəlif əngəllər yaradaraq sürücülərdən təyin olunmuş dövlət rüsumu və yol vergisindən artıq vəsait alındığını BDYP-də kabinetdə oturanlara sübut etmək olmur.

Mən də hamı kimi bir vaxtlar növbədə duraraq avtomobili sayı-hesabı olmayan avadanlıqlarda müayinədən keçirmişdim. O vaxt işıqların düzgün istiqamətə vurmamasını bəhanə gətirərək diaqnostika rəyində təzə avtomobil üçün nöqsanlar yazılmışdı. Avtomobilimin texniki baxışdan keçməsi üçün rəisin "xüsusi" izni alındı. Bu şəkildə mənə minnət edildi və qarşılığında dövlətin rüsumunu ödədiyim halda üstəlik həmin məmura xeyli təşəkkür etməli oldum.


Müayinə Mərkəzində "birka" alveri gedir


Bu yay isə (avqustda) qaydaları pozmaq qərarına gəldim. Avtomobili heç Müayinə Mərkəzinə götürmədim, rüsumları kassaya ödədim və texniki baxışın fərqlənmə nişanını aldım. İndi heç kim iddia etməsin ki, texniki baxış həqiqətən də avtomobillərin həmin zaman üçün texniki sazlığını təmin etmək məqsədilə aparılır və avtomobilinizin müayinə yerində olması vacibdir. Bu sadəcə yenə "qara camaat" üçün düşünülmüş bir korrupsiya labirintidir. Bu il mən də artıq "ağ adam" olmaq istədim. Səhərdən axşamacan növbəyə dayanmadan, vaxt itirmədən, alçalmadan. Adamlar var ki, illərdir MM-in heç qapısını tanımırlar. Orta səviyyəli bir məmur təsəvvür etmirəm ki, özü və ya sürücüsü müayinə "boks"larında saatlarla növbəyə dursun. Statusu bir balaca imkan verənlər "tapşirovka" ilə işlərini həll edirlər, buna imkanı olmayanlar isə rüşvətlə.

MM-də adam əlindən tərpənmək olmurdu, hər yerdə sürücülər növbədə dayanmışdılar. Texniki baxış müddətinin son günləri olduğundan sıxlıq yaranmışdı. Fiziki və hüquqi şəxslər üçün olan kabinetlərin qarşısında, nəzarət-buraxılış məntəqəsində, dəhlizlərdə böyük növbələr vardı. Amma kassanın qarşısında mən və eksperiment üçün yanımda gətirdiyim iki sürücüdən başqa kimsə yox idi. 1800 kub santimetr mühərriki olan avtomobil üçün 50 manat ödəniş aparıb texniki baxış "birka"sı əldə etdim. Vəssalam, daha maşının müayinəyə girib saatlarla ordakı mənasız aparatlardan keçməsinə ehtiyac olmadı.

Rüşvət ödəməkdə maraqlı olmayan sürücülər isə həqiqi müayinə üçün iki sırada növbədə durmuşdular. Başqa bir qrup müayinədən çıxıb kabinetlərin qarşısında boyun bükmüşdü.

Toxunulmaz deputat oğlu


Qeyd edək ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə və Diaqnostika Mərkəzi ilə bağlı

Mətbutda və sosial şəbəkələrdə dəfələrlə videosüjetlər yayınlanıb.

Məsəln videoların birində görüntülənən rüşvət sövdələşməsini aparan əməkdaş cəzalandırılsa da onu bu işə sövq edən mərkəzin rəisi Elşad Məmmədovun və baş idarə rəisi Mübariz Şahbazovun da cəzadan kənarda qaldı.Çəkilişdən görünürdü ki, mərkəzdə rüşvət əsas iş prinsipidir, bunun üçün hətta qeydiyyat kitabçası var.

Gözlənilirdi ki, sadə vətəndaş tərəfindən çəkilən həmin video yayınlandan sonra ciddi tədbirlər görüləcək. Mərkəzdə bu prinsipə son qoyulacaq. Lakin gözləntilər özünü doğrultmadı. Yalnız icraçı olan qurumun əməkdaşı cəzalandırıldı.

Mərkəzin rəhbərliyi isə məsuliyyətdən yayındı. Görünür, mərkəzin rəhbəri Elşad Məmmədovun deputat oğlu olması onun məsuliyyətdən kənarda saxlanılmasına səbəb olub. Məlumat üçün bildirək ki, Elşad Məmmədov Xocalının keçmiş icra başçısı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədovun oğludur.

Kimdir Tariyel Məmmədov?

Baş Dövlət Yol Polis İdarəsinin İmtahan və Qeydiyyat İdarəsinin tabeçiliyindəki “mero” kimi tanınan İmtahan və Qeydiyyat Şöbələrində rüşvət və korrupsiya halları barədə mütəmadi olaraq məlumatlar yayılır.

Mozalan.az-a verilən məlumata görə Lənkəran rayon MERO rəhbəri Tariyel Məmmədov yeni qaydalar, yeni hökmlər tətbiq edib. Özündən əvvəlkinə rəhmət oxutmaq görünür hər yeni gələnin vaz keçilməz prinsipinə çevrilib.

Bu şəxs haqqında hər – hansı müsbət informasiya ilə qarşılaşmaq olmur. Bu cür şəxsin Gəncə kimi ölkənin ikinci böyük şəhərində MERO rəisi vəzifəsində olması DİN sisteminə müsbət divident gətirmir. Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və “kəsilən” vətəndaşlar MERO rəisi və ətrafındakı şəxslərə müraciət edirlər. Əvvəlki işlədiyi MERO-da “prava” 950-100 manat qiymətində idi. Hətta yaxın çevrəsinə qeyri-rəsmi şəkildə bəyan edib ki, bu pulların yalnız 25-30 faizi ona çatır, yerdə qalan hissəsi nazirlikdə bölüşdürülür. Əlbəttə ki, bu ittiham çox ağırdır. Cənab R.Usubov və R.Zeynalovun adını bu tip qalmaqallarda hallandırmaqla DİN sisteminin nüfuzuna Gəncəbasar bölgəsində ciddi xələl gəlir. Növbəti dəfə DİN-nin adının bu tip qalmaqallarda hallanması deyəsən Lənkəranda baş verir. T,Məmmədov Gəncə MERO-da işlədiyi dövdə milyonları mənimsəyərək OLİQARXLAR sırasına keçid edə bilib. Mətbuatda artıq dərc edilmiş məlumatlara istinad etsək görərik ki, T.Məmmədov 750 min dollara bu vəzifəyə təyin olunduğunu yaxın çevrəsinə də açıqlayıb. T.Məmmədov yaxın ətrafının yanında bildirib ki, imtahandan kəsilən olmasa onların rüblük “haqqı”nı nazirliyə öz cibindən çatdırmalı imiş. Ona görə də MERO rəisinin təlimatı əsasında imtahana gələnlər ən azı praktikada kəsilir və pul verməyə təhrik olunurlar. T.Məmmədov barəsində iddialar yeni deyil. İnternetdə bu ad-soyadı yazaraq axtarış verilsə, onun barəsində çoxsaylı ittihamlara və neqativ məlumatlara, rüşvət iddialarına rast gəlmək olar.

Şərhlər

XƏBƏR LENTİ